intel10

11 Ocak 2017 Çarşamba

12-ci gün

 Bu gün təlimin 12- ci günüdür.Bu Gün portfoliomuzda tamamlanmamış  işlərimizi işlədik. Müəllim və  şagird fəaliyyətini qeyd etdik.Təlimçilər günlük bloqumuzu nəzərdən keçirdilər işlərimizə öz münasibətlərini  bildirdilər.

8 Ocak 2017 Pazar

8- ci gün

  Bu gün biz EMAZE və PREZİ proqramlarında işlərimizi yekunlaşdırdıq. Müəllim təqdimatı zamanı istifadə etdiyimiz resursların linklərini  Resurslar qovluğunda Word sənəd açıb orada qeyd etdik.Veb 2 alətlərindən olan Learnings apps Proqramı ilə tanış olduq. 

1 ci gün


 Təlimin 1- ci gününə tanışlıqla başladıq .Təlimçilər özlərini təqdim etdilər .  Yeganə Əmrahova və Xəyal Poladov 15 günlük təlim müddətində bizə istiqamət verəcəkdilər. Onlar bizi proqram resursları ilə tanış etdilər. Biz layifə portfoliomuzu yaratdıq. Gmail.com ünvanında qeydiyyatda olmayan müəllimlər qeydiyyatdan keçdilər. Təlimçilərin göstərişləri əsasında  şəxsi bloqumuzu yazdıq.

11- ci gün

Təlimin 11 -ci günü şagird  bloqlarımızı yazdıq. Daha sonra biz Gmail ünvanlarımıza daxil olub elektron kitabdan " resources" qovluğundan  "Differentiation Survey   " bölməsindən  sənədi portfoliomuzda Differensiallaşma qovluğuna atıb sualları cavablandırdıq.




6 Ocak 2017 Cuma

10 -cu gün

             10- cu gün

Təliminin bu günü biz Şagird bloqunu necə yaratmağı öyrəndik .Təlimçilər bizə "BLOGGER " də şagird bloqunu yaradarkən ona necə  dizayn verməyi , hansı şablomlardan istifadə imkanlarını göstərdilər.  daha sonra biz şagird bloqunu işlədik.



5 Ocak 2017 Perşembe

9-ci gün


  Bu gün salamlaşmadan sonra təlimçilərin istiqamətləndirməsi ilə layihə planına baxış keçirdik.
Veb2 alətləri ilə tanışlığı bu dərsdə də davam etdirdik. İnteraktiv dərslər üçün nəzərdə tutulan Learningapps. org öz dərslərimizə uyğun tapşırıqları seçib, onlar üzərində dəyişikliklər aparmağı öyrəndik.
 Bloggif vasitəsi ilə  şəkillərdən slayd şou yaratmağı öyrəndik.


3 Ocak 2017 Salı

7- ci gün

                                           7-Cİ GÜN
 Bu gün maraqlı və məhsuldar bir gün oldu.
ilk növbədə təlimçilər bizə Veb2 alətləri olan PREZİ VƏ EMEZİ proqramlari ilə bağlı məlumat verdilər.Bu proqramlardan istifadənin təqdimat işləri hazırlamaq üçün rahat olduğunu bildirdilər .Bu proqramlardan  qeydiyyatdan keçməyən müəllimlər qeydiyyatdan keçdilər.Təlimçilər veb.2 alətlərindən istifadə qaydaları ilə bizi tanış etdilər. Bu mənim üçün  olduqca maraql və faydalı bir yenilik oldu.